Modern.az

Sumqayıtdakı partlayışda yaralanan yeniyetmə ÖLDÜ

Sumqayıtdakı partlayışda yaralanan yeniyetmə ÖLDÜ

9 Dekabr 2024, 08:24

Sumqayıtdakı partlayış zamanı xəsarət alan şəxslərdən daha biri ölüb.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, partlayış zamanı xəsarət alan 2007-ci il təvəllüdlü Ayxan Əliyev xəstəxanada dünyasını dəyişib.

 

Bununla da partlayışda ölənlərin sayı ikiyə çatıb.

 

A.Əliyevin bacısı 2010-cu il təvəllüdlü Familə Əliyevanın müalicəsi davam etdirilir.

 

Qeyd edək ki, dekabrın 7-də Ayxan Əliyevin atası, 1977-ci il təvəllüdlü Ramin Əliyev xəstəxanada vəfat edib.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!