Modern.az

38 yaşlı kişini "tok" vurdu - Son durumu açıqlandı

38 yaşlı kişini "tok" vurdu - Son durumu açıqlandı

Hadisə

23 Yanvar 2025, 12:04

Tovuzda fəhləni elektrik cərəyanı vurub.

Modern.az-ın məlumatına görə, 38 yaşlı kişi ehtiyatsızlıqdan elektrik xəttinə toxunub.

Şəxsin Tovuz Mərkəzi Rayon Xəstəxanasına aparıldığı bildirilib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sorğumuza cavab olaraq bildirilib ki, 23.01.2025-cü il tarixində saat 10:00 radələrində  elektrik cərəyanı vurması səbəbilə 1987-ci il təvəllüdlü 1 nəfər (kişi cinsli) Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə təxliyə olunub.

Qeyd edilib ki, xəstəyə elektrik cərəyanı nəticəsində başın, bədənin 40 %-dən çoxunun ll-lll dərəcəli termiki yanığı, elektroşok diaqnozu təyin olunub.Şəxsə ilkin zəruri tibbi xidmətlər göstərildikdən sonra Reanimasiya şöbəsinə köçürülüb.Hazırda xəstənin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada dəhşət yaşanır - Ukraynadan dağıdıcı hücum