Modern.az

Ağcabədidə faciə: 5 nəfər öldü - Hadisə yerindən GÖRÜNTÜLƏR

Ağcabədidə faciə: 5 nəfər öldü - Hadisə yerindən GÖRÜNTÜLƏR

28 Fevral 2025, 20:25

Ağcabədi rayonunun Xocavənd kəndində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, "Mercedes", "Hyundai" və "VAZ" markalı 3 maşın toqquşub.

Qəza nəticəsində "VAZ” markalı avtomaşının sürücüsü və maşındakı dörd sərnişin hadisə yerində ölüb.

Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib.

Qəza nəticəsində ölənlər 1990-cı il təvəlldlü Vüsal Məmməd oğlu Hüsiyev, 1991-ci il təvəllüdlü Sənan Aqil oğlu Əmrahov, 1992-ci il təvəllüdlü Azər Fəyyaz oğlu Aslanov, 2007-ci il təvəllüdlü Asiman Yaşar oğlu Ələsgərov və Elbəy Mövsüm oğlu Aslanovdur.

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranın baş qərargah rəisi ö*ldürüldü - Xamenei qisas alınacaq dedi