Modern.az

"İran sobası" bir ailənin 4 üzvünün həyatına son qoydu - TƏFƏRRÜAT

"İran sobası" bir ailənin 4 üzvünün həyatına son qoydu - TƏFƏRRÜAT

Hadisə

21 Aprel 2025, 16:36

Xəbər verdiyimiz kimi, Tərtərdə bir ailənin 4 üzvü dəm qazından ölüb. 

Rayonun Sarov qəsəbəsində yaşayan əslən Kəlbəcər rayonundan olan Tağızadə Rüfət Mais oğlu, onun həyat yoldaşı Tağıyeva Əfsanə Fəqan qızı, onların övladları Tağızadə Ümid Rüfət oğlu və Tağızadə Sürəyya Rüfət qızı yaşadıqları evdə dəm qazından boğularaq həyatlarını itirib.

Modern.az-ın məlumatına görə, hadisəyə "İran sobası" adlanan qızdırıcı qurğu səbəb olub.

Ailə üzvlərinin cəsədlərini qonşular aşkarlayıb. Rüfət Tağızadə qəsəbədə kənd təsərrüfatı ilə məşğul olub, azyaşlılardan biri ibtidai sinifdə, digəri bağçada təhsil alırmış.

Mərhumların meyitləri müayinə olunmaq üçün ekspertizaya təhvil verilib. Faktla bağlı araşdırma aparılır. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi