Modern.az

“Dəniz Mall”ın ərazisində kişi meyiti TAPILDI

“Dəniz Mall”ın ərazisində kişi meyiti TAPILDI

Hadisə

25 Aprel 2025, 17:38

Bakıda bulvar ərazisində ölüm faktı baş verib.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Modern.az-a verilən məlumata görə, aprelin 25-də saat 16:00 radələrində “Dəniz Mall” ərazisindən şəxsin halının pisləşməsi səbəbilə çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 50 yaşlı şəxsin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.

Ölən şəxsin 1975-ci il təvəllüdlü Əliyev Kənan Saleh oğlu olduğu bildirilir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU