Modern.az

Tovuzda ailə münaqişəsi: 1 ölü, 1 yaralı - YENİLƏNİB

Tovuzda ailə münaqişəsi: 1 ölü, 1 yaralı - YENİLƏNİB

Hadisə

6 İyun 2025, 16:14

Tovuzda baş verən mübahisə zamanı bir nəfər ölüb, bir nəfər isə ağır xəsarət alıb.

Modern.az xəbər verir ki, APA-nın məlumatına görə, ailə-məişət zəminində iki nəfərin arasında mübahisə düşüb və balta ilə xəsarət yetirilib.

Belə ki, ruhi-əsəb xəstəsi, 31 yaşlı Kainat Namazov bacısı 25 yaşlı A.Namazovaya və anası 55 yaşlı Sevinc Həsənovaya müxtəlif dərəcəli bədən xəsarətləri yetirib və daha sonra yaşadıqları evi yandırıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Hadisəni törədən K.Namazov saxlanılıb.

Xəstəxanaya yerləşdirilən S.Həsənova orada ölüb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi