Modern.az

Bakıdakı yanğınla bağlı rəsmi AÇIQLAMA - GÖRÜNTÜLƏR

Bakıdakı yanğınla bağlı rəsmi AÇIQLAMA - GÖRÜNTÜLƏR

Hadisə

8 Avqust 2025, 09:19

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən moteldə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Modern.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 465 m² olan birmərtəbəli moteldə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində motelin 4 otağının yanar konstruksiyaları 150 m² sahədə yanıb.

Obyektin böyük hissəsi yanğından mühafizə olunub.

***

04:25

Bakıda güclü yanğın baş verib.

Modern.az-ın məlumatına görə, hadisə Babək prospektinin sonunda yerləşən obyektlərdən birində baş verib.

Yanğın baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb edilib.

Hadisə yerindən görüntüləri təqdim edirik:

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir