Modern.az

Şahmatçımız yeni ilə qızıl medalla başladı

Şahmatçımız yeni ilə qızıl medalla başladı

İdman

8 Yanvar 2023, 15:19

Azərbaycan şahmatçısı Günay Məmmədzadə Çinin Sian şəhərində keçirilən “The Belt and Road 2023 to World Chess Woman’s Summit” beynəlxalq turnirinin qalibi olub.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasından məlumat verilib. 

 

11 turdan sonra 8,5 xal toplayan Günay Məmmədzadə yeni ildə iştirak etdiyi ilk turnirdə qızıl medala layiq görülüb. Eyni xala malik Bibisara Assaubayeva (Qazaxıstan) əlavə göstəricilərə görə yarışı ikinci pillədə başa vurub.

 

Qeyd edək ki, turnirdə yeddi ölkədən 12 şahmatçı iştirak edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi