Modern.az

“Formula 1”də sıralama turu başa çatdı - YENİLƏNİB

“Formula 1”də sıralama turu başa çatdı - YENİLƏNİB

28 Aprel 2023, 17:46

"Formula 1" üzrə Azərbaycan Qran-Prisinin sıralama turu başa çatıb. 


Modern.az xəbər verir ki, "Ferrari" komandasının pilotu Şarl Lekre sıralamada 1-ci yeri tutub.

 

***

"Formula 1" üzrə Azərbaycan Qran-Prisinin sıralanma turuna start verilib.

 

Modern.az xəbər verir ki, yürüşə hər biri iki pilotdan ibarət 10 komanda qatılıb.

 

“Mercedes” komandasının heyətində Luis Hamilton və Corc Rassel, “Ferrari” komandasında Karlos Sayns və Şarls Lekler, “Williams”ın heyətində Aleksander Albon və Loqan Sarjent yarışırlar. “Red Bull Racing” komandasında Serxio Peres, Maks Ferstappen, “Alpha Tauri”də Nik de Vris və Yuki Tsunoda, “Alpine”da isə Pyer Qasli ilə Esteban Okon mübarizə aparırlar. Bundan başqa, “Alfa Romeo”nun heyətində Valtteri Bottas və Cou Quanju, “McLaren”də Oskar Piastri və Lando Norris yürüşdə iştirak edirlər. Pilotlar Niko Hulkenberq və Kevin Maqnussen “Haas”, Fernando Alonso və Lans Stroll "Aston Martin" komandasının idman şərəfini qoruyurlar.

 

Qeyd edək ki, yürüş iştirakçıları bir saat ərzində 6 kilometrlik Bakı şəhər halqasında yarışırlar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!