Modern.az

Cüdoçularımız Düşənbədə keçirilən Qran-pridə

Cüdoçularımız Düşənbədə keçirilən Qran-pridə

İdman

3 İyun 2023, 09:14

Bu gün Azərbaycanın daha iki cüdoçusu Tacikistanın paytaxtı Düşənbədə keçirilən Qran-pridə mübarizəyə başlayacaq.

 

Modern.az-ın məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən Nurlan Osmanov 1/16 final mərhələsində Hindistan təmsilçisi Vikas Dalalla üz-üzə gələcək.

 

Eyni çəkidəki İbrahim Əliyev Qırğızıstan idmançısı Abdulla Əliyevlə görüşəcək.

 

Qeyd edək ki, daha əvvəl Turan Bayramov (60 kq) və Gültac Məmmədəliyeva (52 kq) gümüş, Yaşar Nəcəfov (66 kq) bürünc medal qazanıb. Yarış iyunun 4-də başa çatacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI