Modern.az

Çimərlik futbolçularımız Ukrayna yığmasını MƏĞLUB ETDİ

Çimərlik futbolçularımız Ukrayna yığmasını MƏĞLUB ETDİ

İdman

30 İyun 2023, 18:14

Çimərlik futbolu üzrə Azərbaycan millisi Polşada təşkil olunan III Avropa Oyunlarında növbəti matçını keçirib.

 

Modern.az xəbər verir ki, 5-8-ci yerlər uğrunda görüşdə Ukrayna seçməsi ilə qarşılaşan yığma 7:6 hesablı qələbə qazanıb. Komandanın heyətində qolları Amid Nəzərov (3), Elşad Manafov (2), Orxan Məmmədov və İsa Zeynallı vurublar.

 

Qeyd edək ki, Azərbaycan iyulun 1-də Moldova ilə 5-ci yer uğrunda matça çıxacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu