Modern.az

“Qarabağ” səfərdə “Rakuv”a qarşı

“Qarabağ” səfərdə “Rakuv”a qarşı

İdman

26 İyul 2023, 07:50

Bu gün “Qarabağ” klubu UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyununa çıxacaq.

 

Modern.az-ın məlumatına görə, Azərbaycan çempionu Polşa təmsilçisi “Rakuv”la qarşılaşacaq.

 

İlk mərhələdə Cəbəllütariq çempionu “Linkoln”u hər iki görüşdə üstələyən (2:1, 4:0) ağdamlılar “Rakuv”la birinci matçını Çenstoxovadakı “Miejski” stadionunda keçirəcəklər. İsveçrəli baş hakim Lukas Fandrixin idarə edəcəyi görüş Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.

 

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması avqustun 2-də Bakı Olimpiya Stadionunda baş tutacaq.

 

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyun

26 iyul

 

22:15. “Rakuv” (Polşa) – “Qarabağ” (Azərbaycan)

Baş hakim: Lukas Fandrix (İsveçrə)

Çenstoxova, “Miejski” stadionu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi