Modern.az

Millimiz 1/4 final oyununa çıxır

Millimiz 1/4 final oyununa çıxır

İdman

2 Noyabr 2023, 09:04

Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında bu gün 1/4 final oyununa çıxacaq.

 

Modern.az-ın məlumatına görə, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv Bolqarıstan ilə üz-üzə gələcək.

 

Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

 

Azərbaycan komandası əvvəlki rmərhələdə Portuqaliyanı (3:0), rəqib isə İngiltərəni (2:1) mübarizədən kənarlaşdırıb. Milli qrup mərhələsində Misir, İraq və Küveyti, bolqarlar isə Oman, Monteneqro və Yaponiyanı məğlub edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi