Modern.az

Millimiz yarımfinalda məğlub oldu 

Millimiz yarımfinalda məğlub oldu 

İdman

3 Noyabr 2023, 21:35

Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında növbəti oyununa çıxıb.

 

Modern.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu komanda yarımfinalda Qazaxıstan seçməsi ilə üz-üzə gəlib.

 

Qarşılaşma rəqibin 3:2 hesablı qələbəsi ilə bitib. Yığmamızın qollarını Eşqin Tağıyev vurub.

 

Azərbaycan millisi üçüncü yer uğrunda qarşılaşmada qüvvəsini sınayacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi