Modern.az

"Kəpəz"in baş məşqçisi və köməkçiləri istefa verdilər

İdman

5 Noyabr 2023, 12:36

"Kəpəz" futbol klubunun baş məşqçisi Azər Məmmədov və köməkçiləri komandadan ayrılıblar.

 

Modern.az xəbər verir ki, "Qarabağ" futbol klubuna 7-1 hesabı ilə uduzan "Kəpəz" futbol klubunun baş məşqçisi oyundan sonra istefa verəcəyini bildirmişdi.

 

Bu gün onun istefa ərizəsi qəbul olunub və köməkçiləri ilə birgə komandadan ayrılıblar.

 

Komandanı müvəqqəti olaraq klubun əvəzedici komandasının baş məşqçisi Xaliq Mərdanov çalışdıracaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi