Modern.az

Premyer Liqada ilk qadın hakim

Premyer Liqada ilk qadın hakim

İdman

5 Noyabr 2023, 15:29

Referi Rebekka Uelç İngiltərə Premyer Liqası tarixində kişilərdən ibarət komandaların matçında fəaliyyət göstərən ilk qadın hakim olub.

 

Modern.az xəbər verir ki, ingiltərəli referi Premyer Liqanın 11-ci turunun “Fulhem” – “Mançester Yunayted” (0:1) oyununda 4-cü hakim kimi fəaliyyət göstərib. Bununla da o, ölkənin əsas futbol çempionatında kişilərdən ibarət komandaların oyununda iştirak edən ilk qadın hakim olub.

 

Uelç əvvəllər də kişilərin oyunlarını hakim kimi idarə etmişdi, lakin bu oyunlar Çempionşip, Liqa 1  və Liqa 2 çərçivəsində idi.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi