Modern.az

"Zirə" "Sabah"a qalib gəldi 

İdman

5 Noyabr 2023, 21:25

Azərbaycan Premyer Liqasında XII tura yekun vurulub.

 

Modern.az xəbər verir ki, son matçda paytaxt derbisi baş tutub.

 

"Zirə" "Sabah"ın qonağı olub. Qarşılaşmanın taleyini 1 qol həll edib. Rüstəm Əhmədzadənin 90+1-ci dəqiqədə vurduğu qol "Zirə"yə 1:0 hesablı qələbə qazandırıb.

 

Bu qalibiyyət sayəsində xallarının sayını 24-ə çatdıran Rəşad Sadıqovun yetirmələri liderliyi qoruyublar. "Sabah" isə 13 xalla 8-ci pillədə qərarlaşıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi