Modern.az

"Formula 1"in qalibi məlum oldu 

İdman

6 Noyabr 2023, 00:28

Niderlandlı pilot Maks Ferstappen (Red Bull) "Formula 1" üzrə Braziliya Qran Prisinin qalibi olub.

 

Modern.az xəbər verir ki, ikinci yeri britaniyalı Lando Norris (McLaren), üçüncü yeri ispan Fernando Alonso (Aston Martin) tutub.

 

Ferstappen bu mövsüm 17-ci dəfə qalib olub və bu göstərici üzrə öz rekordunu bir daha yeniləyib.

 

Braziliya Qran Prisində qazandığı qələbə onun karyerasında 52-ci olub. Bu göstəriciyə görə o, fransalı Alen Prostu qabaqlayaraq dördüncü yerə çıxıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi