Modern.az

5 gimnastımız dünya çempionatında iştirak edəcək

5 gimnastımız dünya çempionatında iştirak edəcək

İdman

6 Noyabr 2023, 16:16

Azərbaycan gimnastları Böyük Britaniyanın Birmingem şəhərində keçiriləcək batut gimnastikası və tamblinq üzrə dünya çempionatında iştirak edəcəklər.

 

Azərbaycan Gimnastika Federasiyasından Modern.az-a verilən məlumata görə, turnirdə yığmanın 5 idmançısı mübarizə aparacaq.

 

Tamblinq növündə Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Elnur Məmmədov, batut gimnastikasında isə Selcan Mahsudova qüvvələrini sınayacaqlar.

 

Qeyd edək ki, yarış noyabrın 9-12-də keçiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi