Modern.az

"Beşiktaş"a yeni baş məşqçi gətirildi

İdman

10 Noyabr 2023, 20:38

Burak Yılmazın istefasından sonra Türkiyənin "Beşiktaş" futbol klubuna yeni baş məşqçi gətirilib.

 

Modern.az xəbər verir ki, bu barədə klubun sosial media hesabında məlumat yayılıb.

 

Bildirilir ki, Rıza Çalımbay bu vəzifəyə təyin edilib. O, ikinci dəfə "Beşiktaş"ın baş məşqçisidir.

 

60 yaşlı mütəxəssis daha əvvəl 2004/2005 mövsümündə klubun baş məşqçisi olub. Onun ağ-qaralara rəhbərlik etdiyi dönəmdə klub 31 matça çıxıb, 18 qələbə qazanıb, 8 heç-heçə edib və 5 dəfə məğlub olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi