Modern.az

Keyn Bundesliqada rekord qırdı

Keyn Bundesliqada rekord qırdı

İdman

12 Noyabr 2023, 11:29

"Bavariya"nın futbolçusu Harri Keyn Bundesliqada qol rekordu qırıb.

 

Modern.az Almaniya mediasına istinadən xəbər verir ki, o, bunu Bundesliqanın 11-ci turunda "Haydenhaym"a qarşı matçda 2 qol vuraraq bacarıb. İngiltərəli futbolçu Bundesliqanın ilk 11 turunda 17 qol vuran 1-ci futbolçu olub.

 

30 yaşlı hücumçu bu mövsüm "Bavariya"nın heyətində bütün turnirlərdə 16 oyuna çıxıb. Onun aktivində 21 qol və 7 qol ötürməsi var.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi