Modern.az

"Qəbələ”nin növbəti transferi

İdman

28 İyun 2024, 21:00

"Qəbələ” komandası heyətinə daha bir futbolçu qatıb.

 

Klubdan Modern.az-a verilən məlumata görə, müdafiəçi Salman Ələsgərov “qırmızı-qaralar”ın formasını geyinəcək. 23 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

 

Yerli futbol akademiyasının yetirməsi olan S.Ələsgərov 2021-2023-cü illərdə “Qəbələ-2”nin formasını geyinib. O, ötən mövsümdə “Şamaxı”nın uğurları üçün çalışıb. Karyerası ərzində “Səbail-2” və “Zaqatala”da da çıxış edib. Müdafiəçi Azərbaycanın U-18 millisinə də cəlb olunub.

 

Qeyd edək ki, “Qəbələ” bunadək qapıçı Müşfiq Nadirov, müdafiəçi Vüqar Həsənov və yarımmüdafiəçi Urfan İsmayılovu transfer edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Milli Məclis BURAXILDI - Xəbəriniz Var?