Modern.az

AVRO-2024: 1/8 final mərhələsi başlayır

AVRO-2024: 1/8 final mərhələsi başlayır

İdman

29 İyun 2024, 08:43

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının qrup mərhələsində bu gün 1/8 final oyunlarına start veriləcək.

 

Modern.az xəbər verir ki, günün ilk matçında İsveçrə və İtaliya yığmaları üz-üzə gələcək.

 

Berlindəki Olimpiya stadionunda keçiriləcək oyunda A və B qrupunun ikinciləri münasibətlərinə aydınlıq gətirəcək.

 

Növbəti görüş isə Almaniya və Danimarka seçmələri arasında baş tutacaq.

 

Meydan sahibləri A qrupunun birincisi, danimarkalılar isə C qrupunun ikincisidir.

 

AVRO-2024

1/8 final

29 iyun

 

20:00. İsveçrə - İtaliya

 

Baş hakim: Şimon Marçinyak (Polşa).

 

Berlin, Olimpiya stadionu.

 

23:00. Almaniya - Danimarka

 

Baş hakim: Maykl Oliver (İngiltərə).

 

Dortmund, "Siqnal İduna Park" stadionu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Avtobus və metroda gediş haqqı dəyişdi - Xəbəriniz var?