Modern.az

"Neftçi"nin yeni transferi

İdman

29 İyun 2024, 21:21

“Neftçi” komandası mövsümlərarası fasilədə ilk transferini reallaşdırıb.

 

Klubdan Modern.az-a verilən məlumata görə, “ağ-qaralar” Monteneqro millisinin üzvü Edvin Kuç ilə 3 illik müqavilə bağlayıb.

 

30 yaşlı yarımmüdafiəçi Monteneqronun “Berane” (2012-2013), “Deçiç” (2013-2014, 2016-2017), “Mladost” (2015-2016), “Rudar” (2017-2019), Çexiyanın “Viagem Usti nad Labem” (2014-2015), Kosovonun “Ballkani” (2019-2024) və “Gyilani” (2020) klublarında çıxış edib, Monteneqro milli komandasının heyətində 7 oyun keçirib, 3 qol vurub. O, Monteneqro çempionatının (2016), Kosovo çempionatının (2022, 2023, 2024), kubokunun (2024) və Superkubokunun (2023) qalibi olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Avtobus və metroda gediş haqqı dəyişdi - Xəbəriniz var?