Modern.az

AVRO-2024: İspaniya Almaniyaya, Portuqaliya Fransaya qarşı

AVRO-2024: İspaniya Almaniyaya, Portuqaliya Fransaya qarşı

İdman

5 İyul 2024, 09:44

Bu gün Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatında 1/4 final mərhələsinin oyunlarına start veriləcək.

 

Modern.az xəbər verir ki, günün ilk qarşılaşması İspaniya və Almaniya yığmaları arasında olacaq. Ştutqart şəhərində yerləşən “MHP Arena”da oynanılacaq görüş Bakı vaxtı ilə 20:00-da başlayacaq.

 

Digər matçda Portuqaliya və Fransa komandaları münasibətlərini aydınlaşdıracaqlar. Hamburqun “Folksparkştadion” arenasında reallaşacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə 23:00-da səslənəcək.

 

Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
Azərbaycanlı İranda qalib gəldi-İlham Əliyev Bakıya dəvət etdi