Modern.az

İdmançımız Parisdə məğlub oldu 

İdmançımız Parisdə məğlub oldu 

İdman

31 Avqust 2024, 16:10

Azərbaycan parataekvondoçusu Əbülfəz Abuzərli “Paris-2024” Yay Paralimpiya Oyunlarında 1/4 final görüşünə çıxıb.

 

Modern.az xəbər verir ki, K44 kateqoriyası üzrə 80 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bu mərhələdə meksikalı Luis Najera ilə qarşılaşıb.

 

Rəqibinə 3:6 hesabı ilə uduzan Ə.Abuzərli yarımfinala adlaya bilməyib. O, axşam seansında bürünc medal uğrunda mübarizə aparacaq.

 

Qeyd edək ki, hazırda Azərbaycan millisinin aktivində iki medal var. Parataekvonduçulardan İmaməddin Xəlilov (K44 kateqoriyası, 70 kiloqram) Paralimpiya çempionu olub, Sabir Zeynalov (K44 kateqoriyası, 58 kiloqram) isə bürünc mükafat qazanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu