Modern.az

Renat Dadaşovun Türkiyədə növbəti qolu

Renat Dadaşovun Türkiyədə növbəti qolu

İdman

1 Sentyabr 2024, 21:51

Futbol üzrə Türkiyə I Liqasında IV turun oyunları davam edir.

 

Modern.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi “Ankaragücü” doğma meydanda “İstanbulspor”la qarşılaşır. Görüşün 39-cu dəqiqəsində yığma üzvü komandasının oyunda ilk qolunu vurub. Bununla da R.Dadaşov mövsümdə ikinci qoluna imza atıb.

 

Hazırda matçda ikinci hissə oynanılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?