Modern.az

Mahir Emreli Almaniyada yenə fərqləndi - VİDEO

Mahir Emreli Almaniyada yenə fərqləndi - VİDEO

3 Noyabr 2024, 19:58

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyanın “Nürnberq” komandasının heyətində növbəti qolunu vurub.

Modern.az xəbər verir ki, 27 yaşlı forvard Almaniya II Bundesliqasının XI turu çərçivəsində “Hamburq”la keçirilən görüşün 63-cü dəqiqəsində fərqlənib.

M. Emreli daha əvvəl  IX turda “Qroyter”lə , X turda “Reqensburq”la və Almaniya Kubokunda “Hoffenhaym”la oyunlarda da fərqlənmişdi.

Bu, M.Emrelinin 2-ci Bundesliqada keçirdiyi 6-cı oyunda üçüncü qolu olub. O, daha bir dəfə Almaniya kubokunda fərqlənib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər