Modern.az

"Araz-Naxçıvan" "Turan Tovuz"a, "Sabah" "Səbail"ə qarşı

"Araz-Naxçıvan" "Turan Tovuz"a, "Sabah" "Səbail"ə qarşı

İdman

29 Noyabr 2024, 11:47

Bu gün Misli Premyer Liqasında XV turun oyunlarına start veriləcək.

Modern.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün ilk matçı “Liv Bona Dea Arena"da "Araz-Naxçıvan" və "Turan Tovuz" komandaları arasında olacaq. Saat 16:00-da başlayacaq görüşü Cavid Cəlilov idarə edəcək. Hazırda Naxçıvan təmsilçisi 33 xalla 2-ci, Tovuz klubu isə 27 xalla 3-cü pillədə qərarlaşıb.

Günün son oyununda isə “Sabah” "Bank Respublika Arena"da "Səbail"i sınağa çəkəcək. Qarşılaşmanın baş hakimi Rəvan Həmzəzadə olacaq. Rusiyalı baş məşqçi Vasili Berezutskinin “Sabah”ın sükanı arxasında debüt edəcəyi görüş saat 19:00-da start götürəcək.

Turnir cədvəlində “Sabah” 19 xalla 5-ci, "Səbail" 8 xalla 9-cudur.

Qeyd edək ki, turun digər oyunları noyabrın 30-da və dekabrın 1-də keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər