Modern.az

"Fənərbağça" Türkiyə Kubokunda iştirakdan imtina etdi

"Fənərbağça" Türkiyə Kubokunda iştirakdan imtina etdi

İdman

7 Dekabr 2024, 11:12

"Fənərbağça" klubu bu mövsüm futbol üzrə Türkiyə Kubokunda iştirak etməyəcək.

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb.

İstanbul nəhəngi bununla bağlı noyabrın 29-da TFF-yə məktub göndərərək qurumu məlumatlandırıb.

Qeyd edək ki, Türkiyə Kuboku bu il yenidən qrup formatında keçiriləcək. Qrup mərhələsinin matçları yanvarın 7-də start götürəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü