Modern.az

"Everton" - "Liverpul" oyunu təxirə salındı

"Everton" - "Liverpul" oyunu təxirə salındı

İdman

7 Dekabr 2024, 14:14

İngiltərə Premyer Liqasının XV turunda bu gün keçirilməsi planlaşdırılan "Everton" - "Liverpul" oyunu təxirə salınıb.

Modern.az xəbər verir ki, bu barədə meydan sahiblərinin mətbuat xidməti məlumat yayıb.

Mersisayd derbisi əlverişsiz hava şəraiti səbəbindən başqa tarixdə təşkil olunacaq.

Qeyd edək ki, 14 matçdan sonra "Liverpul" 35 xalla liderdir. "Everton" 14 xalla 15-ci pillədə qərarlaşıb.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular