Modern.az

Güləşçilərimizdən 2 qızıl MEDAL

Güləşçilərimizdən 2 qızıl MEDAL

8 Dekabr 2024, 16:24

Azərbaycanın sərbəst güləşçiləri Qazaxıstanın Karaqanda şəhərində Sovet İttifaqı qəhrəmanı Nurken Abdirovun xatirəsinə həsr olunmuş turnirdə 2 qızıl medal qazanıblar.

 

Modern.az xəbər verir ki, Nürəddin Novruzov (61 kq) və Abdulrəhman İbrahimov (65 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

 

Qeyd edək ki, yarışda ölkəmizlə yanaşı Qazaxıstan, Özbəkistan və Qırğızıstandan olan 500-dən artıq idmançı mübarizə aparıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü