Modern.az

Qiyməti 70 milyondan aşağı deyil

Qiyməti 70 milyondan aşağı deyil

11 Yanvar 2025, 17:51

İspaniyanın “Barselona” komandası qış transfer dövründə futbolçusu Ronald Arauxonu buraxmaq fikrində deyil.

Modern.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb. Mənbənin sözlərinə görə, İtaliyanın "Yuventus" komandası uruqvaylı müdafiəçiyə təklif göndərsə də, müsbət cavab almayıb. Kataloniya təmsilçisi R.Arauxonu 70 milyon avrodan aşağı qiymətə satmayacaq.

Qeyd edək ki, Uruqvay millisinin üzvü zədə səbəbindən bu mövsüm heç bir oyunda meydana çıxmayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü