Modern.az

Futbolçu mərcə görə tutuldu

Futbolçu mərcə görə tutuldu

14 Yanvar 2025, 20:41

İspaniyanın “Sevilya" komandasının futbolçusu Kike Salas saxlanılıb.

 

Modern.az xəbər verir ki, müdafiəçi oyun zamanı qəsdən sarı vərəqə almaqda şübhəli bilinir.

 

Futbolçu oyun zamanı qəsdən sarı vərəqə alıb ki, bir neçə şəxs mərci qazana bilsin.

 

Polisin apardığı araşdırmaya əsasən, dələduzluq La Liqanın ötən mövsümünün son matçlarında baş verib.

 

İstintaq təsdiqini tapsa, Kike Salas altı aydan üç ilədək həbs cəzası alacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi