Modern.az

"Qarabağ" qələbə qazandı

"Qarabağ" qələbə qazandı

17 Yanvar 2025, 21:12

Misli Premyer Liqasında ilin ilk oyunu keçirilib.

 

Modern.az xəbər verir ki, XIX turun açılış görüşündə turnir cədvəlinin lideri “Qarabağ” “Şamaxı”nı qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüş Qurban Qurbanovun kollektivinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Ağdam klubu bu nəticədən sonra 50 xalla birinci pillədədir. Bölgə təmsilçisi isə 17 xalla 7-ci sıradadır.

 

Qeyd edək ki, XIX turun digər matçları yanvarın 18-19-da reallaşacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular