Modern.az

Təbriz klubundan çempionluq yolunda daha bir QƏLƏBƏ

Təbriz klubundan çempionluq yolunda daha bir QƏLƏBƏ

İdman

18 Aprel 2025, 21:15

Təbrizin “Traktor" klubu İran çempionatında növbəti qələbəsini qazanıb.

Modern.az xəbər verir ki, Güney Azərbaycan komandası aprelin 18-də “Melavan” üzərinfə 3:0 hesablı qələbə qazanaraq xallarını 58-ə yüksəldib. Nəticədə “Traktor" klubu 24-cü Liqa mövsümündə digər matçların nəticəsini gözləmədən liderliyə yüksəlib.

Bu vacib qələbə Təbriz təmsilçisinə çempionluq yolunda çox mühüm üstünlük qazandırıb.

“Traktor” liqada qalan dörd oyunda cəmi 7 xal daha toplayaraq çempionluğunu təmin edə bilər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat