Modern.az

Mahir Emrelinin yeni klubu məlum oldu 

Mahir Emrelinin yeni klubu məlum oldu 

İdman

21 İyun 2025, 20:59

Azərbaycan millisinin futbolçusu Mahir Emreli karyerasını Almaniyanın "Kayzerslautern" klubunda davam etdirəcək.

 

Modern.az xəbər verir ki, bu barədə "Sky Sport"un jurnalisti Florian Plettenberq X hesabında paylaşım edib.

 

Onun sözlərinə görə, 28 yaşlı hücumçunun transferi, demək olar ki, tamamlanıb. Təcrübəli forvard yaxın günlərdə tibbi müayinədən keçəcək. Daha sonra isə 2-ci Bundesliqa təmsilçisi ilə 3 illik müqaviləyə imza atacaq.

 

Qeyd edək ki, Mahir Emreli ötən mövsümü Almaniyanın digər klubu "Nürnberq"də keçirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU