Modern.az

Millimiz Belarusla növbəti oyuna çıxır

Millimiz Belarusla növbəti oyuna çıxır

İdman

1 İyul 2025, 09:13

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununu keçiriəcək.

Modern.az-ın məlumatına görə, Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma səfərdə Belarusla üz-üzə gələcək.

Qarşılaşma Minskdə yerləşən “Traktor” stadionunda, Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Qeyd edək ki, Belarusda təlim-məşq toplanışında olan Azərbaycan millisi iyunun 28-də bu rəqibə 0:3 hesabı ilə uduzub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu