Modern.az

Millimiz Çin yığması ilə QARŞILAŞACAQ

Millimiz Çin yığması ilə QARŞILAŞACAQ

İdman

13 İyul 2025, 13:27

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Dünya Seriyasının Buxarest mərhələsində növbəti oyununa bu gün çıxacaq.

 

Modern.az xəbər verir ki, yığma 1/4 finalda Çin seçməsi ilə üz-üzə gələcək.

 

Qarşılaşma Bakı vaxtı ilə 18:50-də start götürəcək.

 

Azərbaycan millisi daha əvvəl turnirdə "Tsukuba" (Yaponiya) komandasını 21:10 hesabı ilə üstələyib. Yığma ardınca İsveçrə təmsilçisi "Lozanna"ya şans verməyib - 21:11. Komanda əsas mərhələnin C qrupunda Ukrayna (21:20) və Sinqapura (22:10) da qalib gəlib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi