Modern.az

Millimizin üzvü “Olimpiakos”a keçdi

Millimizin üzvü “Olimpiakos”a keçdi

İdman

19 İyul 2025, 15:52

Yunanıstanın “Olimpiakos” komandası heyətini yeni basketbolçu cəlb edib.

Modern.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan millisinin Amerikadan olan oyunçusu Donta Hall Yunanıstan təmsilçisinə keçib.

Onunla üç illik müqavilə imzalanıb. Basketbolçu son olaraq İspaniyanın “Baskonia” kollektivində çıxış edib.

Qeyd edək ki, Donta Halla 2023-cü ildə Azərbaycan vətəndaşlığı verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi