Modern.az

"Zirə" "Hayduk"la ilk oyunda heç-heçə edib

"Zirə" "Hayduk"la ilk oyunda heç-heçə edib

İdman

23 İyul 2025, 22:04

UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində Bakıda keçirilən "Zirə" - "Hayduk" (Xorvatiya) oyunu başa çatıb.

 

Modern.az xəbər verir ki, "Neftçi Arena"da təşkil olunan görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

 

Hesabı 31-ci dəqiqədə Brahim Konate açıb. Rəqibdə isə 68-ci dəqiqədə Entoni Kalik fərqlənib.

 

"Zirə"nin heyətində 39-cu dəqiqədə məcburi əvəzetmə olub. Zədə alan Brahim Konate yerini Ceyhun Nuriyevə buraxıb.

 

Matçı yunanıstanlı hakim Xristos Vergetis idarə edib.

 

Komandalar arasında cavab görüşü iyulun 30-da Xorvatiyada keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?