Modern.az

Dünya çempionatında ölkəmizi onlar təmsil edəcək

Dünya çempionatında ölkəmizi onlar təmsil edəcək

İdman

11 Avqust 2025, 20:41

Avqustun 17-dən 24-dək Bolqarıstanın Samokov şəhərində U-20 dünya çempionatı keçiriləcək.

 

Modern.az xəbər verir ki, “Samokov Arena”da təşkil ediləcək mundialda ölkəmizi 23 güləşçi təmsil edəcək.

 

Yarışın ilk günlərində sərbəst güləşçilər xalçaya çıxacaq. Böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyev, Nazim Əlicanov və Əşrəf Əliyevin rəhbərliyi altında Vasif Bağırov (57 kq), Fərhad Hacıyev (61 kq), Ağa Qasımov (65 kq), Nurlan Ağazadə (70 kq), Ağanəzər Novruzov (74 kq), Muradxan Omarov (79 kq), Təbriz Bayramov (86 kq), Anar Cəfərli (92 kq), Rəvan Musayev (97 kq) və Yusif Dursunov (125 kq) uğur qazanmağa çalışacaq.

 

Daha sonra qadın güləşində baş məşqçi əvəzi Toğrul Əsgərov, böyük məşqçi Rövşən Umudovun rəhbərliyi altında Günay Qurbanova (59 kq), Ruzanna Məmmədova (62 kq) və Zəhra Kərimzadə (72 kq) mübarizəyə qoşulacaq.

 

Dünya çempionatının son günlərində estafet yunan-Roma güləşçilərinə keçəcək. Böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədov, Turac Hüseynli və Zöhrab Abbasovun rəhbərliyi altında Turan Daşdəmirov (55 kq), Ayxan Cavadov (60 kq), Tural Əhmədov (63 kq), Fəraim Mustafayev (67 kq), Seymur Qasımov (72 kq), Davud Məmmədov (77 kq), Elmin Əliyev (82 kq), Orxan Hacıyev (87 kq), İsmayıl Rzayev (97 kq) və Məzaim Mərdanov (130 kq) ölkəmizi təmsil edəcək.

 

Görüşlər hər gün Bakı vaxtı ilə 11:00-da başlayacaq. Medallar uğrunda qarşılaşmalar isə 19:00-da start götürəcək.

 

Məsul yarışda I dərəcəli hakimlər – Kamran Əliyev və Bəşir İsazadə ədaləti qoruyacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza