Modern.az

“Qarabağ”ın çətin rəqibləri - Onlardan üçü komandamızla oynayıb

“Qarabağ”ın çətin rəqibləri - Onlardan üçü komandamızla oynayıb

İdman

28 Avqust 2025, 21:43

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin püşkatma mərasimi keçirilib. 

Monakoda təşkil edilən püşkatma mərasimində Azərbaycanın “Qarabağ” klubunun da rəqibləri məlum olub.

Püşkün nəticəsinə əsasən, “Qarabağ”ın rəqibləri aşağıdakı klublar olacaq:

"Çelsi", İngiltərə (Bakıda)

"Liverpul", İngiltərə (səfərdə)

"Benfika"', Portuqaliya (səfərdə)

"Ayntraxt", Almaniya (Bakıda)

"Ayaks", Niderland (Bakıda)

"Napoli", İtaliya (səfərdə)

"Atletik", İspaniya (səfərdə)

"Kopenhagen", Danimarka (Bakıda)

Çempionlar Liqasında ilk turun oyunları sentyabrın 16-18-də keçiriləcək. Oyunların təqvimi 30 avqustda açıqlanacaq.

Modern.az-ın məlumatına görə, futbol mütəxəssisləri və idman jurnalistləri tarixində ikinci dəfədir Çempionlar Liqasının əsas mərhələsində eştirak edən “Qarabağ”ın çətin rəqiblərlə üz-üzə gələcəyi qənaətindədirlər.

“Qarabağ” bəzi rəqiblərlə əvvəllər də qarşılaşıb. Məsələn, 2017-ci ildə "Çelsi" ilə Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Bakıda keçirilən qarşılaşma İngiltərə klubunun 4:0 hesablı qələbəsi ilə başa çatmışdı. Londonda keçirilən səfər oyununda da komandamız məğlub olmuşdu – 0:6.

Danimarkanın “Kopenhagen” klubu da “Qarabağ”a tanışdır. 2017-ci ildə “Kopenhagen” Bakıda Çempionlar Liqasının ilk “pley-off” matçına çıxmış və “Qarabağ”a 0:1 hesabı ilə uduzmuşdu. Səfərdə isə komandamız danimarkalılara məğlub olmuşdu – 1:2.

“Qarabağ” Niderlandın “Ayaks” klubu ilə də qarşılaşıb. Komandamız 2024-cü ildə Avropa Liqasının Liqa mərhələsində “Ayaks”ı Bakıda qəbul edib və görüş qonaqların 0:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj