Modern.az

İslandiya - Azərbaycan oyununu bu hakimlər idarə edəcək

İslandiya - Azərbaycan oyununu bu hakimlər idarə edəcək

İdman

3 Sentyabr 2025, 11:26

Reykyavikdə İslandiya və Azərbaycan milli komandaları arasında keçiriləcək DÇ-2026-nın seçmə mərhələsinin oyununa təyinatlar açıqlanıb. 

Modern.az-ın məlumatına görə, qarşılaşma Niderlanddan olan hakimlər briqadasına tapşırılıb.

Matçı FIFA referisi Sander van der Eyk idarə edəcək. Ona Rens Blümink və Stefan de Qroot köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Mark Naqteqaal yerinə yetirəcək. VAR-da Jerön Mansxot, AVAR-da Klay Ruperti əyləşəcək. 

Qeyd edək ki, Reykyavikdəki "Lauqardalsvöllur" stadionunda keçiriləcək oyun saat 22:45-də start götürəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular