UEFA Çempionlar Liqasının qrup mərhələsində keçiriləcək "Benfika" – "Qarabağ" oyunu üçün bilet qiymətləri müəyyənləşib.
Modern.az-ın məlumatına görə, bu barədə Portuqaliya klubunun mətbuat xidməti xəbər verib.
Məlumata əsasən, biletlər 40–60 avro aralığında satışa çıxarılacaq. Satış prosesi sentyabrın 5-dən başlanacaq, lakin VIP sektorların qiyməti hələ açıqlanmayıb.
Xatırladaq ki, görüş sentyabrın 16-da Portuqaliyada baş tutacaq və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Bu qarşılaşma qrup mərhələsinin ilk turu olacaq.