Modern.az

Cüdoçumuz Ermənistan təmsilçisinə ipponla qalib gəldi

Cüdoçumuz Ermənistan təmsilçisinə ipponla qalib gəldi

İdman

4 Sentyabr 2025, 15:08

Slovakiyanın paytaxtı Bratislava şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatına start verilib.

Modern.az xəbər verir ki, ilk yarış günündə Azərbaycan təmsilçiləri də mübarizəyə qoşulublar.

60 kiloqram çəkidə çıxış edən Nihad Məmişov 1/8 finalda Ermənistandan olan rəqibi Qor Safaryana ipponla qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, sentyabrın 7-dək təşkil ediləcək qitə birinciliyində 42 ölkədən 374 idmançı (207 oğlan, 167 qız) mübarizə aparır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular