Modern.az

Azərbaycan neft hasilatı ilə bağlı kvotanı yerinə yetirib

Azərbaycan neft hasilatı ilə bağlı kvotanı yerinə yetirib

17 Oktyabr 2022, 14:20

Bu ilin sentyabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 654 min barel olub.

 

Bu barədə Modern.az-a Energetika Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, bunun 543 min barelini xam neft, 111 min barelini isə kondensat təşkil edib.

 

Qeyd edək ki, “OPEC plus” razılaşması 2022-ci ilin noyabrından etibarən ölkəmizdə gündəlik xam neft hasilatının avqust ayındakı səviyyədən, yəni 717 min bareldən azaldılaraq 684 min barel həcmində saxlanılmasını nəzərdə tutur.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi