Modern.az

Problemli kreditlərin həcmi AÇIQLANIB

Problemli kreditlərin həcmi AÇIQLANIB

İqtisadiyyat

30 Dekabr 2022, 09:36

Bu ilin noyabrında bankların kredit portfeli 1% (203.4 mln. manat) artaraq 19,674.2 mln. manat olub.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2023-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilir.

 

Rəsmi göstəricilərə görə, bankların cəmi kredit portfelində biznes kreditlərinin payı 55.8% (10,975.8 mln. manat) təşkil edib.

 

Ümumilikdə, cari ilin 11 ayında bankların kredit portfeli 18.1% və ya 3,015.1 mln. manat artıb. Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı 3.2% təşkil edib.

 

Qeyd olunan göstərici ilin əvvəlinə nəzərən 1 faiz bəndi, ötən ilin müvafiq dövrünə nəzərən isə 1.5 faiz bəndi azalıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi