Modern.az

Braziliya və Argentina vahid valyuta yaradacaq

Braziliya və Argentina vahid valyuta yaradacaq

22 Yanvar 2023, 20:24

Braziliya və Argentina tezliklə vahid valyutanın yaradılması üzərində işə başlayacaq.

 

Modern.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.

 

Bildirilir ki, bu qərar dünyanın ikinci ən böyük valyuta blokunun yaradılmasına gətirib çıxara bilər. Braziliya valyutanın "sur" adlandırılmasını təklif edir. Əsas məqsəd regional ticarəti gücləndirmək və dollardan asılılığı azaltmaqdır.

 

Qəzetin məlumatına görə, layihəyə qoşulmaq üçün digər Latın Amerikası ölkələri də dəvət olunacaq.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI