Modern.az

Dünyanın avtomobil liderinin adı açıqlandı

Dünyanın avtomobil liderinin adı açıqlandı

30 Yanvar 2023, 14:52

Yaponiyanın “Toyota Motor” şirkəti 2022-ci ildə ən çox avtomobil satan şirkət olub.

Modern.az “Reuters”ə istinadən xəbər verir ki, “Toyota Motor” şirkəti ötən il 10,5 milyon avtomobil satıb.

Bu göstəriciyə baxmayaraq, şirkətin qlobal satışlarının 0,1 faiz azaldığı bildirilir.

Yaponiyada “Toyota” avtomobillərinə tələbat 9,6 faiz azalaraq 1,9 milyona düşüb, lakin daxili satışlardakı azalma 8,6 milyon avtomobilin xaricə rekord satışı ilə kompensasiya edilib.


“Toyota”nın əsas rəqibi “Volkswagen” şirkəti 2022-ci ildə 8,3 milyon avtomobil sata bilib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi